Kipr çempionatında 2-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Konfrans Liqasında "Qarabağ"ın rəqiblərindən olan "Omoniya" səfər oyununa çıxıb.
Nikosiya təmsilçisi AEK (Larnaka) kollektivi ilə qarşılaşıb. Ağdam təmsilçisinin rəqibi səfərdə rəqibinə 1:2 uduzub.
"Omoniya" ölkə çempionatında 2 turdan sonra 11 xalla 12 komanda arasında 8-ci pilləni tutur.
"Qarabağ" sentyabrın 30-da səfərdə "Omoniya" ilə qarşılaşıb, noyabrın 25-də Bakıda rəqibini qəbul edəcək.
