Fransa millisinin üzvü Pol Poqba “Mançester Yunayted”lə yeni müqavilə imzalamaq istəyir.
Sportal.az xəbər verir ki, o, Kriştiano Ronaldonun gəlişindən sonra komandadan getmək fikrindən daşınıb.
Mövsüm sonunda “qırmızı şeytanlar”la müqaviləsi başa çatacaq futbolçu “Real”ın maraq dairəsində idi.
Lakin Ronaldonun gəlişilə Poqba da komandada qalmaq istəyib.
Onun yaxın vaxtlarda klubla yeni müqavilə imzalayacağı gözlənilir.
