"Liverpul" və Uels millisinin veteran futbolçu Qreyq Bellami "Anderlext"də tutduğu köməkçi-məşqçi vəzifəsindən gedib.
Sportal.az xəbər verir ki, buna səbəb 42 yaşlı mütəxəssisin depressiyada olmasıdı.
O, hazırki vəziyyəti barədə bunları deyib: "Karyeram ərzində depressiya daha da pisləşdi. Evə gəlirdim, 3 gün danışmırdım. Xanımım, uşaqlarım evdə olurdu, amma danışa bilmirdim. Özümü bir otağa bağlayırdım və yatırdım. Depressiya ilə mübarizə aparmağın yeganə yolu budu".
2019-cu ildə Vinsent Kompaninin dəvətilə “Anderlext”də fəaliyyətə başlamış Bellami “Nyukasl”, “Seltik”, “Blekbörn”, “Liverpul”, “Vest Hem”, “Mançester Siti” və “Kardiff” klublarında oynayıb. O, İngiltərə Premyer Liqasında 500-dən çox oyun keçirib və 170 qol vurub.
