İtaliya A seriyasının 3-cü turu çərçivəsində “Salernitana” “Torino”ya 0:4 hesabı ilə uduzaraq antirekorda imza atıb.
Sportal.az xəbər verir ki, çempionatın debütantı 3 turdan sonra 11 qol buraxıb. Bu da 1994/1995 mövsümündən sonra ən pis göstərici hesab edilir.
İlk turda “Roma”ya 0:4 hesabı ilə uduzan “Salernitana”, 2-ci turda “Bolonya”ya 2:3 uduzub.
