Karyerası yalnız Rusiya ilə bağlı olan həmyerlilərimizdan Ruslan Bəşirov özünə yeni komanda tapıb.
Sportal.az xəbər verir ki, mərkəz müdafiəçisi mövqeyində çıxış edən Ruslan qonşu ölkənin aşağı liqasında çıxış edən "Krasava” klubuna icarəyə yollanıb.
“Leninqradets”ə məxsus olan 2000-ci il təvəllüdlü futbolçu "SŞOR Zenit"in yetirməsi hesab olunur.
