"Mançester Yunayted" portuqaliyalı ilə yeni müqavilə imzalayacaq

11:52 - 17 Sentyabr 2021

“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeş komandanı tərk etmək haqda düşünmür.

Sportal.az xəbər verir ki, portuqaliyalı futbolçu “qırmızı şeytanlar”la yeni müqavilə imzalayacaq. Artıq tərəflər yeni müqavilə üçün razılıq əldə edib.

Bruno Fernandeş yeni müqaviləyə qol çəkərsə, onun həftəlik maaşı 250 min funt olacaq. "Mançester Yunayted"lə 1 illik müqaviləsi qüvvədə olan portuqaliyalı klubla daha 1 illik müqaviləyə qol çəkəcək.

Xəbər xətti