Milli komandamızın sabiq futbolçusu Cavid Hüseynov yeni komanda yaratmaq qərarına gəlib.
Sportal.az saytının əldə etdiyi məlumatına görə, Hüseynovun yaradacağı yeni komanda Region Liqasında mübarizə aparacaq. Bununla yanaşı həmin komandanın uşaq futbol məktəbi kimi də fəaliyyət göstərməsi gözlənilir.
Cavidin yaradacağı komandanın adı isə bəllidi. Hüseynovun komandası Cəbrayıl rayonunun adını daşıyacaq.
