İsveçrə mətbuatı: "Bazel" bərabərliyə görə qapıçısına minnətdar olmalıdı"

13:15 - 17 Sentyabr 2021

Dünən Konfrans Liqasının H qrupunun "Qarabağ"- "Bazel" matçından sonra İsveçrə mətbuatı oyuna geniş yer verib.

Sportal.az xəbər verir ki, İsveçrə mətbuatı Bakıdakı oyunla bağlı bunları yazıb:

"Bazel" Konfrans Liqasının qrup mərhələsinə uğurlu start vermək üçün Azərbaycanda imkan da tapmadı. Qrupun ən qorxulu rəqibi olan “Qarabağ”a qarşı bərabərliyi qorumaq mümkün oldu. Əslində Patrik Rahmenin komandası bu nəticəyə təəssüflənməməlidi. Bakıdan heç olmasa 1 xalla qayıtdıqlarına görə özlərini xoşbəxt hiss etməlidi.

“Bazel” üçün yeganə şansı 88-ci dəqiqədə Kabral yaratdı. “Bazel” bərabəliyə görə Haynz Lindnerə minnətdarlıq bildirməlidi. Avstriyalı 2 əsas seyv etdi. 84-cü dəqiqədə Marko Veşoviçin zərbəsini dəf etib, 90+4-cü dəqiqədə isə Ramil Şeydayevin qol vurmasına imkan vermədi. Belədə, Azərbaycan komandasını 3 xal qazanmaqdan məhrum etdi”. (RTS)

Xəbər xətti