“Qarabağ”ın futbolçusu Xayme Romeronun zədəsi ciddidi.
Sportal.az xəbər verir ki, Konfrans Liqasının H qrupunun 1-ci turu çərçivəsində “Bazel”ə qarşı keçirilən oyunda zədələnən ispan altı ay yaşıl meydanlardan uzaq qala bilər.
İspaniyalı futbolçunun ayaq bağları zədələnib. Məhz buna görə də təcrübəli futbolçunun əməliyyat ediləcəyi gözlənilir.
