Rusiyalı məşqçi Mahir Emrelini izləyəcək

17:23 - 17 Sentyabr 2021

Rusiya millisinin sabiq çalışdırıcısı Stanislav Çerçesov “Spartak” – “Legiya” matçı haqda qonşu ölkə mətbuatına danışıb.

Sportal.az xəbər verir ki, rusiyalı mütəxəssis “Legiya”nın “Spartak”la Varşavada oynayacağı oyuna dəvətli olduğunu deyib: “Revanş matçına gedəcəm? “Legiya”nın prezidenti məni dəvət etdi. Bir neçə həftə sonra hansı durumda, hansı vəziyyətdə olacağımı bilmirəm. Amma mütləq getmək istəyirəm. Çünki “Legiya” mənim komandamdı. “Spartak”la oyuna getmək mütləq deyil. Bəlkə “Legiya”Nın “Napoli” və ya “Lester”lə oyununa yollandım. Görək də”.

Avropa Liqasının 1-ci turu çərçivəsində “Spartak” evdə “Legiya”ya 0:1 uduzub. Komandaların Polşadakı görüşü 6-cı tur çərçivəsind, dekabrın 9-da keçiriləcək. 58 yaşlı mütəxəssis 2015/2016 mövsümündə "Legiya"nı çalışdırıb.

Xəbər xətti