"Qalatasaray"ın istədiyi futbolçu ərəb klubundan ayrıldı

15:42 - 19 Sentyabr 2021

İki ay öncə Səudiyyə Ərəbistanı klubu "Əl Əhli"yə keçən Paulinyo klubsuz qalıb.

Sportal.az xəbər verir ki, 33 yaşlı braziliyalı ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

"Əl Əhli” Paulinyonun fiziki və zehni olaraq diqqətini futbola verə bilmədiyini, bu səbəbdən də razılaşaraq müqaviləyə xitam verdiklərini açıqlayıb.

Yayda "Qalatasaray" və "Fənərbaxça"nın maraq dairəsində olan "sambaçı", "Tottenhem", "Barselona" klublarında oynayıb. 

Xəbər xətti