İbrahimoviç və Jiru "Yuventus"a qarşı oynamayacaq

16:46 - 19 Sentyabr 2021

“Milan”ın forvardları - Olivye Jiru və Zlatan İbrahimoviç İtaliya A seriyasının 4-cü turu çərçivəsində keçiriləcək “Yuventus”a qarşı matçda oynamayacaq.

Sportal.az xəbər verir ki, hücumçuların heç biri matçın heyətinə daxil edilməyib.

Jiru 2 həftdəri ki, koronavirusdan müalicə olunurdu, İbrahimoviç isə zədədən sonra yavaş-yavaş özünə gəlir. Bu səbəbdən “rossonyerlər”in baş məşqçisi nə Jirunu, nə də Zlatanın köməyinə ehtiyac duyub.

Xəbər xətti