Türkiyə millisini çalışdıracaq baş məşqçi bəlli oldu

17:38 - 19 Sentyabr 2021

Türkiyə millisini çalışdıracaq məşqçinin kimliyi məlum olub.

Sportal.az xəbər verir ki, qardaş ölkənin milli komandasını Ştefan Kunç çalışdıracaq.

TFF-in rəsmi saytına istinadən verilən məlumata görə, almaniyalı məşqçi sabah ictimaiyyətə təqdim ediləcək.

Futbolçu kimi Almaniya millisi ilə yanaşı 1995/1995 mövsümündə “Beşiktaş”ın da formasını geyinmiş Kuntç məşqçilik karyerasında ərzində isə “Karlsrue”, “Ahlen” klubları və Almaniya U-21, U-23 yığmalarını çalışdırıb.

Xəbər xətti