"Qarabağ"ın rəqibi 1/8 finala yüksəldi

10:37 - 20 Sentyabr 2021

İsveçrə kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Bazel” səfərdə aşağı liqa təmsilçisi “Rorşax”la qarşılaşıb. "Bazel" 3:0 hesablı qələbə ilə 1/8 finala vəsiqə qazanıb.

 

“Qarabağ” “Bazel”lə Bakıda keçirilən ilk oyundan qolsuz heç-heçə ilə ayrılıb. Komandalar arasındakı ikinci matç dekabrın 10-da İsveçrədə olacaq.

Xəbər xətti