Aslan İsmayılov Baş Prokurora səsləndi: "Gedin AFFA-da olan yeyintiləri araşdırın, yüz milyonu müəyyən edin"

12:30 - 20 Sentyabr 2021

Tanınmı vəkil Aslan İsmayılov Feysbuk səhifəsində paylaşım edib.

 

Sportal.az xəbər verir ki, o, Baş Prokuror Kamran Əliyevə müraciət edərək AFFA-da olan yeyintilərin araşdırılmasını istəyib:

 

Artıq 2 ildir ki, KEŞLƏ FK İnter stadionuna (keçmiş Şəfa) 5 min 800 manat icarə pulunu ödəmir. Buna görə də stadion əməkdaşlarına əmək haqları və sosial müdafiə fonduna vergi ödəyə bilmir. Bu barədə mənə müraciət olunduqdan sonra dəfələrlə problemi ictimailəşdirmədən həll etmək istəmişəm. Buna görə Keşlə FK prezidenti Zaur Axundov adlı birisi ilə bir neçə danışmışam. Borcu etiraf edib ödəcəyini bildirib. Bu kəs özünü SOCAR-ın Prezidenti Rövnəq Abdullayevin adamı kimi təqdim etdiyindən oranın məsul şəxslərinə müraciət etmişəm. Bu dəfə də həll olmayanda Z.Axundovun dostu AFFA-nın Baş Katibi Elxan Məmmədova bir neçə dəfə zəng etmişəm. Bu “Boss” telefonumu qaldırmayıb. SMS yazmışam və tanışları vasitəsilə fəhlələr əmək haqlarsız qaldığını bildirmişəm. Bu zənglər, yazışmalar, xahişlər təxminən 3 aydır ki, davam edir və bu günə qədər heç bir nəticə yoxdur.

 

Bu isə ölkədə tam dərəbəylikdən xəbər verir. Hərənin özü üçün bir boss olduğunu, heç kimi saymadıqlarından xəbər verir. İndi Siz sıravi vətəndaşların bu bosslardan çəkdiklərini təsəvvür edin.

 

Buradan ölkənin Baş Prokuroru Kamran Əliyevə müraciət edirəm. Siz gündə bir elan verib, bir neçə min oğurlandığını bildirib korrupsiyaya qarşı mübarizə apardığınızı elan edirsiniz. Mən sizə yüz milyonun oğurlandığı ünvanı deyirəm. Gedin AFFA-da olan yeyintiləri araşdırın, yüz milyonu müəyyən edin və futbolumuzun bu rəzil durumda nədən olduğunu bilin.

Xəbər xətti