“Qarabağ” və milli komandamızın sabiq müdafiəçisi Elvin Yunuszadə mövsümə Türkiyə 1-ci liqasında başlamağa yaxın olub.
Sportal.az saytının məlumatına görə, müdafiəçi “Dənizlispor”la danışıq aparıb. Hətta Türkiyə klubu ilə müqavilə imzalamaq üçün Dənizliyə yollanan Yunuszadənin keçidi son anda alınmayıb. Belə ki, klubun transfer qadağası ləğv edilmədiyinə görə onun keçidi keçidi baş tutmayıb.
Məlumata görə, Elvin bu klubun maraq dairəsindən düşməyib. Klub transfer qadağasını aradan qaldırdıqdan sonra qışda onu yenidən danışığa dəvət edəcək. 29 yaşlı futbolçu həmin vaxta qədər klubsuz qalarsa, Türkiyə klubu ilə danışıqlar aparacaq.
