"Mançester Yunayted" onunla yolları ayırmayacaq

16:20 - 20 Sentyabr 2021

“Mançester Yunayted”in hücumçusu Edinson Kavani qışda komandanı tərk etməyəcək.

Sportal.az xəbər verir ki, uruqvaylı futbolçunun qışda komandadan göndəriləcəyi söylənilsə də, bu baş verməyəcək. Belə ki, 2022-ci ilə qədər “qırmızı şeytanlar”la müqaviləsi olan uruqvaylı hücumçu mövsüm sonuna qədər komandada qalaraq, əsas heyətdə oynamaq uğrunda mübarizə aparacaq.

Cari mövsüm Kriştiano Ronaldo və Ceydon Sançonun gəlişindən sonra əsas heyətə düşə bilməyən Kavani cari mövsüm 1 oyunda belə meydana çıxmayıb.

Xəbər xətti