"Qarabağ"ın rəqibi qalib gəldi - VİDEO

10:25 - 21 Sentyabr 2021

Kipr çempionatında 3-cü turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Konfrans Liqasının H qrupunda “Qarabağ”ın rəqibi olan “Omoniya” “Doksa” ilə qarşılaşıb.

Ağdam klubunun rəqibi yerli liqada ilk qələbəsini qazanıb.

​Nikosiyalılar rəqibinə 2:1 qalib gəlib. Hazırda “Omoniya” 3 xalla 9-cu pillədə qərarlaşıb.

Xəbər xətti