PSJ-nin futbolçusu Lionel Messinin Liqa 1-in 6-cı turunda "Lion"la matçda əvəzlənməsinin səbəbi məlum olub.
Sportal.az xəbər verir ki, baş məşqçi Maurisio Poçettino dizindən yüngül xəsarət alan 34 yaşlı hücumçunu zədədən qorumaq üçün belə addımı atıb.
Messinin əvəzinə meydana 76-cı dəqiqədə Əşrəf Hakimi daxil olub.
Argentinalı ulduz əvəzetməyə etiraz olaraq Poçettinonun əlini sıxmayıb.
Matç PSJ-nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
