Millimizin forvardı Renat Dadaşov Portuqaliya çempionatında qol hesabını açıb.
Sportal.az xəbər verir ki, 22 yaşlı forvard ölkə çempionatının 6-cı turunda fərqlənməyi bacarıb.
"Braqa" ilə səfər matçının 79-cu dəqiqəsinda meydana daxil olan Renat 7 dəqiqə sonra “Tondela”nın matçdakı yeganə qolunun müəllifi olub.
Matç ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Tondela" 6 turdan sonra 3 xalla turnir cədvəlinin 16-cı pilləsində yer alır.
