İtaliyalı "Barselona"nın baş məşqçi postuna namizəddi

11:45 - 21 Sentyabr 2021

“Yuventus”un sabiq baş məşqçisi Andrea Pirlonun işsiz günləri başa çata bilər.

Sportal.az xəbər verir ki, italiyalı məşqçiyə “Barselona”dan təklif gəlib. Kataloniya klubu Ronald Kumanla yollarını ayıracağı təqdirdə italiyalını baş məşqçi postuna gətirəcək.

Pirlo ilə yanaşı “Barsa”da baş məşqçi postuna Antonio Konte və “Əl-Sədd”in çalışdırıcısı Xavi də namizəddi. Amma klub prezidenti Joan Laportanın Pirloya üstünlük verəcəyi ehtimal edilir. 

Xəbər xətti