“Mançester Yunayted” “Milan”ın futbolçusu Frank Kesyeyə “elçi” düşüb.
Sportal.az xəbər verir ki, “qırmızı şeytanlar” Pol Poqbanın komandanı tərk edəcəyi təqdirdə, İtaliya klubunda çıxış edən futbolçunu Mançesterə dəvət edəcək. Fil dişi Sahilindən olan 24 yaşlı futbolçunun transferi dəyəri 55 milyon avro civarında qiymətləndirilir.
Ölkəsində “Stella” klubunda çıxış edən Kesye “Atalanta” və “Çezena” klublarında çıxış edib. “Milan”la müqaviləsi 2022-ci ildə başa çatacaq futbolçu “rossonyerlər”lə yeni müqavilə imzalamayıb.
