"Başakşəhir"ə keçidi alınmadı, Qətərə yollanır

13:22 - 21 Sentyabr 2021

Yayda “Başakşəhir”in transfer etmək istədiyi Kolumbiya millisinin üzvü Xames Rodriqes Qətərə yollana bilər.

Sportal.az xəbər verir ki, o, “Əl-Rayyan”ın maraq dairəsindədi. Artıq tərəflər maaş məsələsini müzakirə edir. “Everton” isə Rodriqesin verəcəyi qərarı gözləyir. 10 gün əvvəl “Başakşəhir”ə keçidi baş tutmadığına görə İstanbuldan qayıdan kolumbiyalı cari mövsüm “Everton”un heyətində 1 dəqiqə belə meydanda olmayıb.

​“Real”, “Bavariya”, “Monako”, “Porto”, “Banfild”, “Enviqado” klublarında oynamış yarımmüdafiəçi maaş məsələsində razılıq əldə edərsə Qətər klubu ilə müqavilə imzalayacaq.

Xəbər xətti