Türkiyə milli komandasının sabiq forvardı Batuhan Karadənizin yay “transfer pəncərəsi” zamanı Azərbaycan klublarından birinə keçmək variantı olub.
Sportal.az saytının məlumatına görə, “Beşiktaş”ın yetirməsi olan və ilk dəfə də bu komandadakı çıxışı ilə tanınan forvarda ölkəmizdəki klublardan birində oynamaq təklifi edilib.
Menecer vasitəsilə həyata keçirilən təklifə öncə isti yanaşılsa da, maddi məsələlərdə razılıq əldə olunmadığına görə onun Azərbaycandakı mümkün çıxışı baş tutmayıb.
Karadəniz “Iğdırspor”la anlaşaraq ölkəsində qalıb. 30 yaşlı hücumçu karyerası ərzində “Beşiktaş”, “Trabzonspor”, “Sent-Qallen” kimi komandalarda oynayıb. Ötən mövsümü “Hekimoğlu Trabzon”da keçirmiş hücumçu Türkiyə millisində 2 oyun keçirib.
