“Arsenal”ın qapıçısı Bernd Leno karyerasını İtaliyada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, 29 yaşlı alman qolkiper “İnter”in maraq dairəsindədi. Bir müddət öncə “Şeffild Yunayted”in qapıçısı Aaron Ramsdeyi transfer edən “Arsenal” Leno ilə qışda yollarını ayırmağa hazırdı.
“Nerazzura” da Samir Handanoviçdən sonra çərçivəni məhz Lenoya həvalə etmək istəyir.
