Dünən İtaliya A seriyasında 6-cı turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, “Cenoa” – “Verona” matçında maraqlı hadisə yaşanıb.
Belə ki, ev sahiblərinin forvardı Mattia Destro əlində su şüşəsi ola-ola qapıçı ilə təkbətək çıxıb və qol vurub.
30 yaşlı hücumçu həmin epizodla bağlı bu cür danışıb: “Qol epizodundan qabaq yorulduğum üçün su içirdim. Həmin an isə top mənə düşdü. Su butulkasını hara atacağımı bilmədim, çünki top da məndə idi. Ona görə də məcbur əlimdə tutdum”.
Xatırladaq ki, matç 3:3 hesabı ilə yekunlaşıb.
