Fransa millisinin sabiq üzvü karyerasını başa vurdu

14:41 - 26 Sentyabr 2021

“Arsenal” və “Mançester Siti”nin sabiq üzvü Samir Nəsri karyerasını başa vurub.

Sportal.az xəbər verir ki, Fransa millisinin veteran futbolçusu özü bu barədə məlumat verib.

Son olaraq Belçikada “Anderlext” forması geyinmiş Nəsri 2020-ci ildə klubla müqaviləsini pozmuşdu.

Nəsrinin futbol funksioneri kimi çalışacağı ehtimal edilir.

 

Xəbər xətti