"Yuventus" aparıcı futbolçusunun xidmətindən istifadə edə biləcək?

16:39 - 26 Sentyabr 2021

"Yuventus"un futbolçusu Paulo Dibala Çempionlar Liqasının "Çelsi" ilə oyununu buraxa bilər.

Sportal.az xəbər verir ki, argentinalı futbolçu İtaliya A seriyasının "Sampdoriya" ilə oyununda zədələnib.

Genuya təmsilçisi ilə görüşdə ayağında ağrılar olduğuna görə gözyaşları içində meydandan çıxan Dibala "Çelsi" matçında meydana çıxacağı ehtimal edilmir. "Yuventus" - "Çelsi" görüşü sentyabrın 29-da saat 23:00-da start götürəcək. 

Xəbər xətti