"Qarabağ"ın rəqibi xal itirdi - VİDEO

10:12 - 27 Sentyabr 2021

“Qarabağ”ın Konfrans Liqasının H qrupundakı rəqibi “Omoniya” Kipr Superliqasında növbəti oyununu keçirib.

Sportal.az xəbər verir ki, Nikosiya təmsilçisi “Pafos”u qəbul edib. “Qarabağ”ın rəqibi bu matçda qalib gələ bilməyib.

​Görüş 1:1 hesabı ilə nəticələnib. Hazırda “Omoniya” Kipr çempionatında 4 xalla 9-cu pillədə qərarlaşıb.

Xəbər xətti