Azərbaycanla matçda meydanda olmayacaq

10:52 - 27 Sentyabr 2021

İrlandiya millisinin kapitanı Şeymus Koulman millimizə qarşı keçirəcəkləri DÇ-2022-nin  seçmə mərhələsi oyununu buraxmalı olacaq.

Sportal.az verir ki, 33 yaşlı müdafiəçinin zədələnməsi haqda "Everton"un baş məşqçisi Rafael Benites danışıb.

Təcrübəli mütəxəssis Koulmanın məşqdə zədələndiyini və beynəlxalq görüşlər üçün milli komandanın düşərgəsinə yollana bilməyəcəyini deyib.

Oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20:00-da start götürəcək.

Xəbər xətti