“Milan”ın hücumçusu Zlatan İbrahimoviç Çempionlar Liqasının “Atletiko” ilə matçını buraxacaq.
Sportal.az xəbər verir ki, isveçli hücumçu dizindəki problemi həll etdikdən sonra sentyabrın 12-də “Latsio”ya (2:0) qarşı keçirilən matçda meydana qayıtmışdı.
Bu oyunda qol vuran İbrahimoviçdə sonradan fiziki problemlər ortaya çıxdı. Hazırda o, komada ilə yox, fərdi məşq edir. Gözlənilən budu ki, forvard “Atletiko”ya (Madrid) qarşı keçiriləcək matçda meydana çıxmayacaq.
Çempionlar Liqasının 2-ci turu çərçivəsində keçiriləcək “Milan” – “Atletiko” görüşü sabah “San Siro”da saat 23:00-da start götürəcək.
saytlarin hazirlanmasi
