"Tondela"nın hücumçusu Renat Dadaşov Portuqaliya çempionatının 7-ci turu çərçivəsində "Famalikao" ilə görüşdə komandasına qələbə gətirən qolu vurduqdan bir neçə dəqiqə sonra bəd xəbər alıb.
Sportal.az xəbər verir ki, Renata babasının dünyasını dəyişdiyi xəbərini veriblər. Forvard isə şəxsi instaqram hesabında bunları yazıb:
"Oyundan sonra xəbər verdilər ki, sən bir də mənim oyunlarıma canlı olaraq baxa bilməyəcəksən. Bu qolu məhz sənə həsr edirəm, baba. Çox istəyərdim ki, sən bunu görəsən. Əminəm ki, görəcəksən. Səndən ötrü çox darıxacam. Qəbrin nurla doslun. Səni sevirəm".

saytlarin hazirlanmasi
