Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Omoniya”nın baş məşqçisi Henninq Berq Kipr mətbuatına açıqlama verib.
Sportal.az xəbər verir ki, norveçli mütəxəssis “Qarabağ”la oyun haqda bu cür danışıb: “Müdafiədə işlərimiz qaydasındadı. Hücumda isə daha dəqiq olub, daha çox qol vurmaq istəyərdik. Hələ ki, ən yaxşı formamızda deyilik. Səbirsizliklə “Qarabağ”la oyunu gözləyirik”.
“Omoniya” – “Qarabağ” matçı sentyabrın 30-da Bakı vaxtilə saat 23:00-da start götürəcək.
