İspaniya millisində yeni rekord: 1936-cı ildən sonra..

13:15 - 7 Oktyabr 2021

İspaniya millisində yeni rekord qeydə alınıb. 

Sportal.az xəbər verir ki, “Barselona”nın yarımmüdafiəçisi Qavi İspaniya millisində oynamış ən gənc futbolçu kimi tarixə keçib.

Millətlər Liqasının yarımfinalının İtaliya ilə oyununa start heyətində çıxan Qavi bunu 17 yaş 62 günlüyündə edib.

Ona kimi ispanların heyətində debüt etmiş ən gənc Anxel Subyeti idi. Belə ki, o, 1936-cı ildə 17 yaş 284 günlüyündə yığmada debüt etmişdi. 

Xəbər xətti