"Final oyununa tam hazır olacam"

13:42 - 7 Oktyabr 2021

İspaniya milli komandasının hücumçusu Ferran Torres İtaliya üzərindəki qələbə haqda danışıb.

Sportal.az xəbər verir ki, Torres Millətlər Liqasının yarımfinal oyununda italiyalılar üzərindəki qələbədən və zədələnməsindən danışıb:

“Nəticə məni çox razı saldı. Komandaya görə şadam. Matçın son dəqiqələri daha çətin alındı. Ancaq biz indi yalnız final görüşü haqda düşünürük. Öz durumuma gəldikdə, hər şey qaydasındadı. Təbii ki, həkim nəzarəti altında çalışmalarıma davam edəcəm. Amma düşünürəm ki, Millətlər Liqasının finalına tam hazır olacam”.

Torres İtaliyanı 2:1 məğlub etdikləri görüşdə dubl edib.

Xəbər xətti