Olimpiya mükafatçımız DÇ-də mübarizəyə başlayır

14:11 - 7 Oktyabr 2021

Azərbaycanın 4 yunan-Roma güləşçisi Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

 

Sportal.az xəbər verir ki, medal qazanmağa əsas namizəd, Olimpiya Oyunlarının bürünc mükafatçısı Rafiq Hüseynov estoniyalı Ranet Kaljola ilə üz-üzə gələcək.

 

55 kq
1/8 final: Eldəniz Əzizli - Koriun Sahradian (Ukrayna)

72 kq
1/16 final: Ülvü Qənizadə - İdris İbayev (Almaniya)

77 kq
1/16 final: Sənan Süleymanov - Kayratbek Tuqolbayev (Qırğızıstan)

82 kq
1/16 final: Rafiq Hüseynov - Ranet Kaljola (Estoniya)

 

Xatırladaq ki, indiyədək Azərbaycanın yalnız sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Qadın güləşçilər isə yarışı medalsız bitirib.

Xəbər xətti