Qvineya millisi DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportal.az xəbər verir ki, “Neftçi”nin futbolçusu Mamadu Kanenin də çıxış etdiyi oyunda qvineyalılar Sudanla qarşılaşıb. Görüş 1:1 hesabı ilə nəticələnib. Kane bu görüşdə 90 dəqiqə oynayıb. Hazırda Kanenin komandası 2 xalla qrupda 3-cü pillədə qərarlaşıb.
