İrlandiya millisinin üzvü: "Azərbaycanın FİFA reytinqində hansı pillədə olmasının önəmi yoxdu"

14:58 - 7 Oktyabr 2021

İrlandiya milli komandasının futbolçusu Ceymi Makqrat DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycanla oyunu haqda danışıb.

Sportal.az xəbər verir ki, irlandiyalı futbolçu Bakıda keçiriləcək görüşlə bağlı bunları deyib:

"Azərbaycan millisinin FİFA reytinqində hansı pillədə olmasının önəmi yoxdu. İstənilən komanda ilə oyunöncəsi təzyiq olur. Hətta Andorra ilə matçda da bu hiss olunur. Hansı səviyyədə futbol oynamağından asılı olmayaraq, heç bir oyun asan deyil. Azərbaycana favorit kimi yollanırıq, amma asan olmayacaq. Qrupdakı yerimizi yaxşılaşdırmaq üçün bu həftə çox güc sərf etməliyik. Bakıya qələbə üçün gedirik, ümidvaram ki, bunu edəcəyik”.

25 yaşlı futbolçu 2019/2020 mövsümünün Çempionlar Liqasının 2-ci turu çərçivəsində “Dundalk” və “Qarabağ” “(1:1, 0:3) komandaları arasında keçirilən oyunu da xatırlayıb : 

“Öz meydanımızda “Qarabağ”ı məğlub etməliydik. Minimum 2 qol vurmalı idik. Bu cür oyunlar insanın gözünü açır. Əgər qol imkanlarından yararlana bilmirsən və rəqibə boşluq verirsənsə, bunun əziyyətini çəkəcəksən. Bu, ilk acı təcrübəm idi”.

​2017-2019-cu illərdə "Dundalk"da çıxış etmiş vinger 2020-ci ildən "Sent-Mirren"də oynayır.

Xəbər xətti