Niderlandın "Ayaks" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Amsterdam təmsilçisinin qapıçısı Marten Stekelenburq sıradan çıxıb. 39 yaşlı qolkiper bud əzələsindən əməliyyat olunacaq və o, bu mövsümün qalan oyunlarını buraxacaq.
Qeyd edək ki, təcrübəli "əlcək sahibi" bu mövsüm "Ayaks"ın heyətində 3 oyuna çıxıb.
Amsterdan klubunun digər qapıçısı Andre Onananın isə dopinqə görə aldığı noyabr ayında bitəcək.
saytlarin hazirlanmasi
