21 yaşlılardan ibarət yığma komandamızın üzvü İldar Alekperov Sportal.az saytına açıqlama verib.
Gənc futbolçu AÇ-2023-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Finlandiya, 12-də isə Xorvatiyaya qarşı keçiriləcək görüşü barədə danışıb.
İldarın fikrincə, Sumqayıtda “Kapital Bank Arena”da keçiriləcək matçda rəqiblərdən xal almaq mümkündü: “Məşqlərimiz çox yaxşı gedir, yaxşı hazırlaşmışıq. Milli komandada yer almaq hər bir futbolçu üçün böyük fəxrdi. Mənim üçün də həmçinin. İnanıram ki, qarşıdakı görüşlərdən uğurlu nəticələrlə ayrılacağıq. Bununla da azarkeşlərimizi sevindirəcəyik”.
