"Komandamızın oyunu ilə fəxr edirəm"

11:12 - 8 Oktyabr 2021

Fransa millisinin kapitanı Huqo Loris Millətlər Liqasının yarımfinalın Belçika(3:2) ilə yarımfinal görüşünü dəyərləndirib.

Sportal.az xəbər verir ki, o, komandası haqda bu cür danışıb:

“Komandamızın oyunu ilə fəxr edirəm. Hələ də nələrisə düzəltməliyik. Möhtəşəm rəqibə qarşı əla oyun idi. Oyunun içində baş verən hər şey onu daha əyləncəli edir”.

Fransa Millətlər Liqasının yarımfinal matçında Belçika ilə görüşdə 0:2 məğlub durumda olsa da, sonradan 3 qol vuraraq finala adlayıb.

Xəbər xətti