Premyer Liqa klubu afrikalı ilə anlaşdı

13:26 - 8 Oktyabr 2021

İngiltərə Premyer Liqasında yarışan “Uotford” Nikolya Nkulu ilə anlaşıb.

Sportal.az xəbər verir ki, “Torino”nun sabiq futbolçusu ingilislərin təklifindən imtina etməyib.

Onun müqaviləsinin detalları barədə məlumat verilməyib. Kamerun millisinin  sabiq üzvü “Uotford”a azad agent kimi keçib. 31 yaşlı müdafiəçi “Monako”, “Marsel”, “Lion” klublarında çıxış edib.

 

Xəbər xətti