DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycanla oyunu üçün İrlandiya yığması artıq Bakıya gəlib.
Sportal.az xəbər verir ki, Stiven Kenninin komandası Bakı Olimpiya Stadionun ehtiyat meydançasında məşqə də çıxıb.
Bu gün isə komanda BOS-un əsas meydançasında məşqə çıxacaq. Azərbaycan - İrlandiya görüşü sabah 20:00 da start götürəcək.
