Azərbaycanla matç irlandiyalının millidəki taleyi üçün həlledici olacaq

14:10 - 8 Oktyabr 2021

İrlandiya millisinin sabiq yarımmüdafiəçisi Conni Çaylz DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycanla oyunu barədə danışıb.

Sportal.az xəbər verir ki, veteran futbolçunun fikrincə, Bakıdakı oyun İrlandiyanın baş məşqçisi Stiven Kenninin millidəki taleyi üçün də həlledici olacaq:

"Kenninin oyunlara yanaşması necə olacaq, bilmirəm. Amma onun üçün milliyə nəticə qazandırması mütləqdi. Hazırda Kenninin millidə kritik periodudu. Millidəki işinə davam etməsi üçün qarşıdakı oyunlarda yığmaya qələbə qazandırmalıdı. Əgər Azərbaycan və Qətəri məğlub etmək mümkün olmasa, onun millidəki taleyi həll oluna bilər".

Xəbər xətti