Danimarkalı "Milan"da qalmaq istəyir: "Zəng gözləyirəm"

14:23 - 8 Oktyabr 2021

Danimarka millisinin kapitanı Simon Kyaer "Milan"la müqavilə müddətini artırmağa razılaşıb.

Sportal.az xəbər verir ki, müdafiəçi "rossonyerlər"lə müqavilə imzalamağa hazır olduğunu bildirib.

Kyaer məsələ haqda bu cür danışıb: "Yeni müqavilə ilə bağlı yenilik yoxdu. Amma mən əvvəlki kimi "Milan"da xoşbəxtəm. Burada oynamağı sevirəm. Uzun müddətdir ki, futboldayam.

​Ona görə də bu haqda çox düşünmürəm. Klub mənim mövqeyimi bilir və onlardan yeni zəng gözləyirəm".

Xəbər xətti