“Qalatasaray” “Spartak”ın futbolçusunu istəyir

15:12 - 8 Oktyabr 2021

"Spartak"ın futbolçusu Cordan Larsson "Qalatasaray"ın maraq dairəsinə düşüb.

Sportal.az xəbər verir ki, isveçli futbolçunu "Qalatasaray"ın baş məşqçisi Fatih Terim şəxsən sərəncamında görmək istəyir.

İstanbul təmsilçisi Larssonu icarəyə götürmək niyyətindədi.  Növbəti “transfer pəncərəsi” zamanı isə “Qalatasaray” forvardı transfer etməyə çalışacaq.

​Cari mövsüm Cordan bütün turnirlərdə 11 oyun keçirib, amma qol vura bilməyib. 24 yaşlı futbolçu 2019-cu ildə “Nörçöpinq”dən “Spartak”a keçib.

Xəbər xətti