"Atletiko"nun 2 futbolçusu eyni matçda zədələndi

16:37 - 8 Oktyabr 2021

"Atletiko"nun iki uruqvaylı futbolçusu Luis Suarez və Xose Mariya Ximenes DÇ-2022-nin seçmə mərhələsinin Kolumbiya (0:0) ilə görüşündə zədələnib.

Sportal.az xəbər verir ki, Suarez Yerri Mina ilə toqquşmadan sonra dizindən zədələnib və buna görə 2-ci hissədə oynaya bilməyib. 59-cu dəqiqədə isə Ximenes əzələsində dartılma olduğuna görə oyuna davam edə bilməyib. Hər 2 futbolçunun hansı müddətə yaşıl meydanlardan uzaq qalacağı dəqiq deyil.

"Atletiko"nun oktyabrın 17-də "Qranada" ilə qarşılaşacaq. 

Xəbər xətti