İrlandiyalı futbolçu: "Bu dəfə Azərbaycana qalib gəlməliyik"

18:20 - 8 Oktyabr 2021

İrlandiya milli komandasının müdafiəçisi Con İqan DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycana qarşı keçiriləcək oyunundan əvvəl təşkil edilən mətbuat konfransında çıxış edib.

Sportal.az xəbər verir ki, irlandiyalı futbolçu sabahkı matçla bağlı bunları deyib: “Sabah qalib gəlməyə çalışacağıq. Dublindəki ilk oyun çətin alınmışdı. Nəticə üzücü olmuşdu, çünki qalib gələ bilməmişdik. Ötən oyunda rəqibin vurduğu qol oyunumuza təsir etmişdi.

​Doğurdan da baxımlı qol vurmuşdular. Azərbaycan millisinin heyətində yetərincə texnikalı futbolçular var. Dublindəki görüşdə 2 qol vura bilmədik. Bu dəfə isə qalib gəlməliyik”.

Xəbər xətti