Eldəniz Əzizli bürünc medal qazandı

21:25 - 8 Oktyabr 2021

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Norveçin paytaxtı Oslodakı dünya çempionatında bürünc medal görüşünə çıxıb.


Sportal.az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Ekrem Öztürklə (Türkiyə) qarşılaşıb. 5:2 hesabı ilə qalib gələn Əzizli bürünc medal qazanıb.


Bundan əvvəl Azərbaycanın sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) dünya 3-cüsü olub.

Xəbər xətti