"Qəbələ"nin keçmiş futbolçusuna cinayət işi açıldı

11:49 - 9 Oktyabr 2021

“Qəbələ” və “İnter”in (Bakı) keçmiş futbolçusu Nika Kvekveskiri Polşada həbs olunub.

 

Sportal.az xəbər verir ki, “Lex”də çıxış edən gürcüstanlı yarımmüdafiəçi sərxoş vəziyyətdə avtomobil sürüb. Buna görə də 29 yaşlı oyunçu ilə bağlı cinayət işi açılıb.

 

Kvekveskiri 2015-16 mövsümündə “İnter”də, 2016-17 mövsümündə isə “Qəbələ”də çıxış edib.

Xəbər xətti